"Oynamaq istəyirəm, qələbəyə çox ehtiyacımız var"

28 Noyabr 2019 13:44 Milli komanda 704
"Oynamaq istəyirəm, qələbəyə çox ehtiyacımız var"

Milli komandamızın hücumçusu Rüfət Dadaşov Almaniya mətbuatına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, "Proyssen"in 28 yaşlı forvardı artıq zədəsinin tam sağalmağa doğru getdiyini deyib.

Dadaşov sol ayağındakı şişin sağaldığını və komanda ilə birgə məşqlərə başladığını bildirib. Rüfət 3-cü Bundesliqanın 17-ci turunun "Valdof"la görüşündə meydana çıxmaq arzusunda olduğunu söyləyib: "Ağrıkəsicilərdən istifadə edib komandama kömək olmaq istəyirəm. Çünki qələbə qazanmağa çox ehtiyacımız var".

"Proyssen" - "Valdof" matçı noyabrın 30-da keçiriləcək. Dadaşov ötən tur "Zviçkau"ya 2:4 hesabı ilə məğlub olduqları qarşılaşmada 85 dəqiqə oynamışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti