AFFA yığmanın yeni baş məşqçisini bir neçə ölkədə axtarır

27 Noyabr 2019 21:07 Milli komanda 1 568
AFFA yığmanın yeni baş məşqçisini bir neçə ölkədə axtarır

AFFA Nikola Yurçeviçi əvəzləyə biləcək mümkün namizədlərin siyahısını hazırlayıb. Sportinfo.az-bu barədə məlumat federasiyadan daxil olub.

Redaksiyamızın qurumdan əldə etdiyi bilgiyə görə, hazırda bir neçə məşqçiylə danışıqlar gedir. AFFA bu məqsədlə öz nümayəndələrini ölkə xaricinə yollayıb.

Gələn ay İcraiyyə Komitəsinin iclası keçiriləcək və orada yığmanın Avropa çempionatının seçmə mərhələsindəki çıxışı geniş müzakirə ediləcək. Müqaviləsi gələn ilin fevralında başa çatacaq xorvatiyalını əvəzləməyə bir nömrəli namizəd elə öz həmyerlisidir - Robert Prosineçki.

AFFA 2 illik aradan sonra onu yenidən Azərbaycana qaytarmaqda çox israrlıdır. Hazırda Bosniya və Herseqovina yığmasını çalışdıran mütəxəssisin ən böyük dəstəkçisi Rövnəq Abdullayevdir. Federasiya prezidenti Prosineçkiyə daha yaxşı şərtlər və uzunmüddətli müqavilə təklif edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti