AFFA "çalışır", Azərbaycan futbolu sürətlə geriləyir

26 Noyabr 2019 10:05 Milli komanda 1 079
AFFA "çalışır", Azərbaycan futbolu sürətlə geriləyir

Azərbaycan millisi FIFA reytinq sıralamasında geriləyəcək. Sportinfo.az xəbər verir ki, buna yığmanın AÇ-2020-nin seçmə mərhələsinin son oyunlarında Uels və Slovakiyaya məğlubiyyəti səbəb olub.

Hər iki görüşdə 0:2 uduzan komanda 12 xal itirib. Beləliklə, xal ehtiyatı 1189-dan 1177-ə enən yığma son siyahı ilə müqayisədə 3 pillə geri düşüb. Ötən sıralamada 111-ci olan komanda bu dəfə 114-cü yerdə qərarlaşacaq.

Yığmanın ən yaxın qonşuları Tailand (113-cü) və Kosovo (115-ci) olacaq. FIFA reytinq cədvəlini noyabrın 28-də dərc edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti