AFFA millinin iki üzvünü Barselonaya göndərdi

25 Noyabr 2019 13:12 Milli komanda 1 044
AFFA millinin iki üzvünü Barselonaya göndərdi

AFFA rəhbərliyi yeniyetmə futbolçuların inkişafı, daha rəqabətli mühitdə məşq keçməsi məqsədilə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının iki üzvünü - Rauf Rüstəmlini (“Qəbələ”) və Musa Musazadəni (“Qarabağ”) İspaniyanın Barselona şəhərində fəaliyyət göstərən “Marcet” Futbol Akademiyasına göndərib.

Sportinfo.az xəbər verir ki, futbolçular adıçəkilən akademiyada noyabrın 25-dən dekabrın 22-dək (4 həftə) təcrübə keçəcək, gündəlik məşqlərlə paralel nəzəri məşğələlərdə də iştirak edəcəklər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti