İsrafilov komandasına bu dəfə xal qazandıra bilmədi

25 Noyabr 2019 12:10 Milli komanda 1 266
İsrafilov komandasına bu dəfə xal qazandıra bilmədi

İspaniya 2-ci liqasında 17-ci turun oyunları keçirilib. Sportinfo.az xəbər verir ki, yığmamızın yarımmüdafiəçisi Eddi İsrafilovun komandası “Albasete” doğma meydanda “Mirandes”lə qarşılaşıb.

İsrafilovun 90 dəqiqə meydanda olduğu görüş komandasının məğlubiyyəti ilə yekunlaşıb - 1:2. Ötən tur komandasının qələbə topunu vuran Eddi bu dəfə yalnız sarı vərəqə ilə yadda qalıb.

Balompe klubu 25 xalla 22 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti