Ukrayna Premyer-Liqasında 15-ci turun görüşləri keçirilir.
Sportinfo.az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" doğma meydanda "Zarya" ilə qarşılaşıb.
Meydan sahiblərinin 1:0 hesabı ilə qələbə qazandığı qarşılaşmada Paşayev 90 dəqiqə oynayıb.
"Aleksandriya" hazırda 27 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

