Rüfət Almaniyada 6 qola şahid oldu, "Proyssen" uduzdu

24 Noyabr 2019 11:17 Milli komanda 814
Rüfət Almaniyada 6 qola şahid oldu, "Proyssen" uduzdu

Almaniya 3-cü liqasında 16-cı turun görüşləri keçirilib.

Sportinfo.az xəbər verir ki, millimizin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” səfərdə “Zviçkau”nun qonağı olub.

Noyabrın 17-də zədəsinə görə yığmanın düşərgəsindən ayrılıb Almaniyaya qayıdan və dünənki görüşdə 85 dəqiqə meydanda olan Rüfətin komandası səfərdən 2:4 hesablı məğlubiyyətlə qayıdıb. Cari mövsüm 4 qol vuran forvard bu matçda fərqlənə bilməyib.

Münster klubu 13 xalla 20 komanda arasında 19-cu pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti