"Əslində Həm Lixtenşteyn, həm də Ukrayna ilə yoxlama görüşündə yaxşı çıxış etdik. Hamımız əlimizdən gələni etdik".
Bu sözləri Sportinfo.az-a açıqlamasında U-21 yığmamızın üzvü Hüseyin Seyliğli deyib.
Millimizin müdafiəçisi qrupdakı növbəti oyunlarda komandamızın qalib gələcəyinə inandığını bildirib: "Son turda Lixtenşteynə qalib gəlmişik. Məncə, qalan digər matçlarda da qalib gəlmək şansımız var. Bilirsiz, əgər öz oyunumuzu göstərə bilsək, qrupdakı bütün rəqiblərimizə qalib gələ bilərik. Qrupda neçənci yeri tuta bilərik? Baxaq da, üç komandanın da altı xalı var. Hər şey öz əlimizdədir. Biz növbəti oyunları da qalib başa vurmaq üçün çalışacağıq".

