Nazarovdan Almaniya Bundesliqasında 6-cı qol - VİDEO

23 Noyabr 2019 10:24 Milli komanda 887
Nazarovdan Almaniya Bundesliqasında 6-cı qol - VİDEO

Almaniya ikinci Bundesliqasında 14-cü tura start verilib.

Sportinfo.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun şəfərini qoruduğu "Erzgebirge" doğma meydanda "Sankt-Pauil"ni qəbul edib.

80 dəqiqə oynayan Nazarov komandasının 3:1 hesablı qələbəsində pay sahibi olub. 29 yaşlı futbolçu Aue təmsilçisinin ikinci qolunu vurub. Penaltidən fərqlənən futbolçumuz cari mövsüm Bundesliqada 6-cı qolunu rəsmiləşdirib.

"Erzgebirge" hələlik 23 xalla 3-cü pillədə qərarlaşıb. Turun yekunundan sonra mövqeyi dəyişə bilər.

Digər Xəbərlər
Xəbər Lenti