Sportinfo.az-ın millinin düşərgəsində yaşanan qalmaqalla bağlı yaydığı xəbər böyük rezonans doğurub. Söhbət Slovakiya ilə səfərdə keçirilən matçın fasiləsində komandamızın paltardəyişmə otağında baş verənlərdir.
Belə ki, Ramil Şeydayev ilk hissədə qeyri-fəallığı ilə yadda qalan Eddi İsrafilova sərt etirazını bildirib. Eddiyə istəksiz oynamasını irad tutan Ramil "sənin kimilər bu formanı geyinməməlidir" deyib.
İsrafilov komanda yoldaşına "sən mənə heç nə deyə bilməzsən" cavabı verincə, ara qarışıb. Şeydayevin müdafiəsinə qalxan Qara Qarayev Eddiyə tərəf gedib.
Bu zaman digər futbolçular araya girərək, onların əlbəyaxa olmasının qarşısını alıblar. Nikola Yurçeviç həmin vaxt içəridə olsa da, mübahisəyə qarışmayıb, sakitcə bir kənara çəkilərək yaşananları izləyib.
İsrafilov bundan hiddətlənərək, formasını əynindən çıxarıb və "mən meydana çıxmıram" söyləyib. Onun duş qəbul etməyə getdiyini görən baş məşqçi Elvin Camalova ikinci hissədə meydana çıxmağı tapşırıb.
"Xəzər"TV saytımızın yaydığı bu xəbərlə bağlı sujet hazırlayıb.

