"Erzgebirge Aue" klubunun yarımmüdafiəçisi Dmitri Nazarov komandasının bu gün II bundesliqanın 14-cü turunda "Sankt-Pauli" ilə keçirəcəyi oyunu buraxa bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə Aue təmsilçisinin məşqçisi Dirk Şuster məlumat verib. Onun sözlərinə görə, Azərbaycan millisinin düşərgəsindən zədəli qayıdan futbolçunun oynaması sual altındadır: "Nazarovun zədəsi var. Məşqdə iştirak edə bilməyib. Ona görə də bu gün oynaması şübhəlidir".
Qeyd edək ki, Nazarov millimizin Bakıda Uelsə 0:2 hesabı ilə uduzduğu oyunda zədələnmişdi. Yarımmüdafiəçi bu səbəbdən seçmə mərhələnin son matçında Slovakiyaya qarşı oynamamışdı.

