Milli komandamızın baş məşqçisi Nikola Yurçeviç Slovakiya - Azərbaycan oyununun (2:0) fasiləsində Ramil Şeydayevlə Eddi İsrafilovun dalaşması xəbərinə münasibət bildirib.
Sportinfo.az xəbər verir ki, xorvatiyalı mütəxəssis də hadisəni təkzib etməyib:
"Mən bu epizodu şişirtməzdim. Xüsusilə qorxulu heç nə baş verməyib. Futbolçular arasında bu cür emosional davranışlar olur. Bu, adi haldır" (azerisport).

