Yurçeviç istefaya göndərilir - AFFA menecerlərə tapşırıq verdi

21 Noyabr 2019 13:21 Milli komanda 2 076
Yurçeviç istefaya göndərilir - AFFA menecerlərə tapşırıq verdi

AFFA İcraiyyə Komitəsinin dekabrda keçiriləcək toplantısında millimizin baş məşqçisi Nikola Yurçeviç istefaya göndəriləcək. Sportinfo.az-a daxil olan məlumata görə, federasiya xorvatiyalı mütəxəssisin işindən narazı qalıb. Yığmamız 24 ildən sonra antirekordu təkrarlayaraq AÇ-2020-nin seçmə mərhələsində 1 xal yığıb.

Artıq menecerlərə yığmamıza baş məşqçi axtarışı ilə bağlı tapşırıq verilib. Yurçeviçin göndəriləcəyini AFFA-ya yaxın olan mətbuatı izlədikdə də əmin olmaq mümkündür. Həm də AFFA-nın baş katibi Elxan Məmmədov öz üzərindən tənqidləri azaltmaq üçün Yurçeviçi qurban verməlidir.

Millimizin yeni baş məşqçisi də əcnəbi olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti