Afrikada bizə tanış legionerlərin QARŞIDURMASI

25 Mart 2023 19:40 Maraqlı 417
Afrikada bizə tanış legionerlərin QARŞIDURMASI

Afrika Millətlər Kubokunun seçmə mərhələsinin oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Cənubi Afrika Respublikası (CAR) yığması III turda Liberiyanı qəbul edib. Görüş qollu bərabərliklə başa çatıb - 2:2.

CAR-da "Turan Tovuz"un müdafiəçisi Siyanda Xulu çıxış edir. Millinin kapitanı bu görüşdə start heyətdə meydana çıxıb və sona qədər oynayıb.

Liberiyada isə "Sumqayıt"ın yarımmüdafiəçisi Terrens Tisdell forma geyinir. Tisdell bu oyuna start heyətdə çıxıb və 67-ci dəqiqədə əvəzlənib.

Digər Xəbərlər
Xəbər Lenti