Zelenski bu mərc şirkətlərinə sanksiya tətbiq etdi

11 Mart 2023 15:40 Maraqlı 309
Zelenski bu mərc şirkətlərinə sanksiya tətbiq etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın “Sportloto” dövlət lotereyasına və Rusiya ilə əlaqəli bir neçə bukmeker kontoruna, eləcə də, 287 hüquqi şəxsə sanksiya tətbiq edib.

Sportinfo.az xəbər verir ki, o, bu barədə fərman imzalayıb.

Bundan əlavə, siyahıya Rusiyanın "Sportbet", "Betsity" və "Matchbe"t bukmeker şirkətləri də daxildir.

Kiprdə qeydiyyatdan keçmiş böyük bukmeker kontoru "Parimatch"a da məhdudiyyətlər qoyulub. Sanksiyalar 5 ildən 50 ilədək müddətə tətbiq edilib.

Sanksiya siyahısına həmçinin sahibkarlar - Rusiya, Kipr, Böyük Britaniya, Polşa, Ermənistan, Türkiyə və Niderland vətəndaşları da olmaqla 120 nəfər daxildir. Onlara qarşı da 50 il müddətinə məhdudiyyətlər tətbiq edilib.

Digər Xəbərlər
Xəbər Lenti