Braziliyalı legioner Bakı klubuna satılmadı, icarəyə verildi

9 Sentyabr 2020 16:14 Şamaxı 1 333
Braziliyalı legioner Bakı klubuna satılmadı, icarəyə verildi

«Keşlə» bu gün növbəti transferini gerçəkləşdirib.

Sportinfo.az-ın məlumatına görə, paytaxt təmsilçisi Alvaro Tavareslə münasibətlərini rəsmiləşdirib.

Ancaq bu keçid icarə əsasında baş tutub. Belə ki, «Lvov» son anda braziliyalı legionerinə azad agent statusu verməkdən imtina edib.

Ukrayna Premyer Liqasında mübarizə aparan klub hücumameylli yarımmüdafiəçinin mövsümün sonunadək Azərbaycanda çıxış etməsinə yalnız bu şərtlə razılaşıb: gələn ilin yayınadək Bakıda qalır, belədə isə «Lvov»la 2021-ci ilin sonunadək olan müqaviləsinin müddəti avtomatik 1 il daha artırılır.

Ukraynalılar buna bir razılaşma əsasında nail olub. Klub Tavares qarşısında öhdəlik götürüb ki, ona qalan borcunu hissə-hissə ödəyəcək. 25 yaşlı braziliyalı isə hər ay «Keşlə»dən 8000 dollar civarında pul qazanacaq.

Digər Xəbərlər
Xəbər Lenti