Ronaldo "Yuventus"u bu klublardan hansına dəyişəcək?

26 Mart 2020 01:52 İtaliya 867
Ronaldo "Yuventus"u bu klublardan hansına dəyişəcək?

Portuqaliya millisinin ulduzu Kriştianu Ronaldo "Yuventus"u tərk etmək istəyir.

Sportinfo.az xəbər verir ki, 35 yaşlı hücumçunun xidmətində PSJ-si ilə "Mançester Yunayted"i maraqlıdır.

Hər iki klub təcrübəli forvarda təklif ünvanlayıb. PSJ İspaniya "Barselona"sına dönüşü gündəmdə olan Neymarı Ronaldo ilə əvəzləmək istəyir. Lakin təcrübəli forvard 2003 - 2009-cu illərdə formasını geyindiyi "Mançester Yunayted"ə qayıtmağa daha meyllidir.

Lakin bu, "qırmızı şeytanlar"ın Çempionlar Liqasına vəsiqə qazanıb-qazanmamasından asılı olacaq. "Mançester Siti"nin UEFA tərəfindən məruz qaldığı sanksiya hazırda 5-ci yerdə gedən "Mançester Yunayted"in ən nüfuzlu klub turnirinə yolunu aça bilər.

Ronaldo "Yuventus"a 2018-ci ilin yayında "Real"dan 117 milyon avroya keçib. Onun hazırkı müqaviləsi 2022-ci il iyunun 30-dək qüvvədədir və transfer qiyməti 75 milyon avrodur. Bu mövsüm Ronaldu klub səviyyəsində bütün yarışlarda 32 oyunda 25 qol və 4 məhsuldar ötürmə müəllifi olub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda