"Xırdalan" Azərbaycan çempionatında sürprizə imkan vermədi

4 Noyabr 2023 02:40 Basketbol 1 038
"Xırdalan" Azərbaycan çempionatında sürprizə imkan vermədi

"Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) ikinci turunun növbəti oyunu baş tutub.

Sportinfo.az xəbər verir ki, ilk turda məğlub olmuş "Sumqayıt", "Xırdalan" ilə qarşılaşıb.

Əlavə vaxtın yaşandığı oyunun yekununda "Xırdalan" klubu 81-77 hesablı çətin qələbə qazanıb.

Ən məhsuldar basketbolçular: "Sumqayıt" (Smit Roderik - 20 xal, 14 ribaund), "Xırdalan" (Cakori Arçi - 29 xal, 8 ribaund).

İkinci turun digər oyunları ("Cəlilabad" - "Neftçi", "Şəki" - "Sərhədçi") 4 və 5 noyabr tarixlərində baş tutacaq.

Turun "NTD-İndiqo" - "Sabah" oyunu Xaçmaz təmsilçisinin rəsmi müraciəti əsasında irəli bir tarixə qədər təxirə salınıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!