Sözləşməsinin müddətini uzatmayacaq - Mbappe qərarını verdi

2 Fevral 10:00 Fransa 1 221
Sözləşməsinin müddətini uzatmayacaq - Mbappe qərarını verdi

Yayda PSJ ilə müqaviləsi başa çatan Kilian Mbappe gələcəyi ilə bağlı qərar verib.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı hücumçu Paris təmsilçisi ilə sözləşməsinin müddətini uzatmayacaq.

Ulduz futbolçu fevral ayı ərzində qərarını rəsmən açıqlayacaq. Onun "Real"a keçəcəyi gözlənilir.

PSJ Kilian Mbappeni 2017-ci ilin yayında "Monako"dan transfer edib. Fransalı forvard bu mövsüm komandanın heyətində meydana çıxdığı 27 rəsmi matçda 28 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"