Putin hokkey matçında səkkiz şayba vurdu - VİDEO

12 May 2021 18:40 Hokkey 640
Putin hokkey matçında səkkiz şayba vurdu - VİDEO

Sportinfo.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Soçidə keçirilən Gecə Hokkey Liqasının qala-oyununda iştirak edib.

Dövlət başçısı ənənəvi olaraq, 11 nömrə altında və qırmızı idman köynəyində buz üzərinə çıxıb.

Qarşılaşma 13:9 hesabıyla prezidentin komandasının xeyrinə başa çatıb. O, bu matçda səkkiz şaybanı rəqib qapısından keçirib. Putin artıq 29-cu saniyədə fərqlənib.

Bildirilib ki, Putin sonuncu dəfə 2019-cu ildə hokkey oyununda iştirak edib.

Gecə Hokkey Liqası 2011-ci ildə Putin və Rusiyanın tanınmış hokkeyçilərinin təşəbbüsü ilə qurulub. Liqanın məqsədi ölkədə hokkeyin kütləvi inkişafı, həmçinin bu idman növündə ümumrusiya həvəskar yarışlarının təşkilidir.

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"