Hondadan alqışalayiq addım - Öz təşəbbüsi ilə...

22 May 2021 11:40 Hadisə 2 126
Hondadan alqışalayiq addım - Öz təşəbbüsi ilə...

"Neftçi" 7 mövsüm aradan sonra növbəti çempionluğuna qovuşdu.

Həmin gecə bundan da önəmli hadisə baş verdi. Komanda 9-cu Çempionluq Kubokunu alar-almaz üz tutdu II Fəxri Xiyabana - Vətən müharibəsində şəhid olan, “Neftçi” azarkeşi, mayor Rüfət Əsgərovun hüzuruna.

Gecə saatları olmasına rəğmən "Neftçi"nin rəhbərlikdən tutmuş sıravi işçisinə kimi hər kəs ordaydı.

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, növbəti gün sübh tezdən AFFA rəhbərliyi ilə Ağdama səfər edəcəyi səbəbindən yaponiyalı futbolçuya rəhbərlik tərəfindən istirahət verilibmiş.

Otelə gedib, səfər öncəsi istirahət etməli olan legioner isə tam fərqli qərar verib. Heç kəsin gözləmədiyi halda, Honda da öz təşəbbüsi və şəxsi maşını ilə Fəxri Xiyabana gəlib.

İlk yaxınlaşdığı məzar isə General Polad Həşimovun məzarı olub. Və kapitan Emin Mahmudovdan şəhid Milli Qəhrəmanımız barəsində bilgilər verməsini istəyib.

Mahmudov da öz növbəsində yaponiyalı futbolçunu Həşimovun timsalında digər şəhidlərimiz haqqında da bilgiləndirib.

Digər Xəbərlər
Xəbər Lenti