COP29

Bölgə klubunun ağır günündə sinələrini qabağa verdilər - SADİQLƏR!

6 May 16:00 Qəbələ 1 477
Bölgə klubunun ağır günündə sinələrini qabağa verdilər - SADİQLƏR!

"Qəbələ-2"nin futbolçuları kluba sadiqlik nümayiş etdiriblər.

Bu gün onlara digər klublardan ciddi maraq var.

Amma onlar aldıqlar təkliflərlə isti baxmırlar.

Əgər əsas komanda yeni mövsümdə Birinci Liqada mübarizə aparası olsa, əvəzedici komandanın üzvləri buranı tərk etməyəcək.

Uzun müddətdir "Qəbələ" Futbol Akademiyasında futbolun sirlərini öyrənən kollektiv bunun qarşılığını komandanı bir illik aradan sonra elitaya qaytarmaqla ödəmək istəyirlər.

Premyer Liqanın sonuna 4 tur qalmış "Qəbələ" 17 xalla sonuncu pillədə qərarlaşıb.

Reqlamentə əsasən komandanın yüksək liqanı tərk edəcəyi dəqiqləşib.

Sadəcə "qırmızı qaralar"ın rəhbərliyi AFFA-nın yeni rəhbərliyinin onlara güzəşət etməsinə ümid bəsləyir.

Region klubu yalnız bu halda Premyer Liqada çıxışına davam edə bilər.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq