Bakıda dünya çempionatının açılış mərasimi keçirildi

16 Avqust 2023 02:20 Atıcılıq 716
Bakıda dünya çempionatının açılış mərasimi keçirildi

Bakıda atıcılıq üzrə 53-cü Dünya Çempionatı başlayıb.

Sportinfo.az xəbər verir ki, yarışda ümumilikdə 1239 idmançı mübarizə aparacaq.

55 növdə qaliblərin adına aydınlıq gələcək. Bunlardan 10-u stend, qalanı güllə atıcılığı üzrə olacaq.

Turnirdə Azərbaycanın 31 idmançısı mübarizə aparacaq.

Ümumilikdə 2000-dən çox şəxsin yarışda iştirakı gözlənilir. Paris-2024 Yay Olimpiya Oyunlarına ən çox lisenziya bu yarışda oynanılacaq. Ümumilikdə 48 lisenziya olacaq.

Bakı Atıcılıq Mərkəzində keçiriləcək yarış sentyabrın 1-dək davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"