“Sual verirəm: qaz alanlar Rusiyaya kömək edirmi?” – UEFA prezidenti

9 Aprel 22:00 Dünya futbolu 870
“Sual verirəm: qaz alanlar Rusiyaya kömək edirmi?” – UEFA prezidenti

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksander Çeferin belarusluların yarışlardan kənarlaşdırılmasına qarşı çıxıb.

Sportinfo.az “Info Libre”-ə istinadən xəbər verir ki, qurumun prezidenti geostrateji problemləri həll etməli şəxslərin siyasətçilər olduğunu bildirib:

“Belarusla bağlı bir neçə siyasətçi bizə məktub yazdı və dedi ki, Rusiyaya kömək edən hər kəs uzaqlaşdırılmalıdır.

İndi sual verirəm: qaz alanlar Rusiyaya kömək edirmi? Biz hələ də Rusiyadan qaz alan bütün Avropa ölkələrini, hətta ən böyüklərini belə, uzaqlaşdırmalıyıq?

Geostrateji problemləri həll etməli şəxslər siyasətçilərdir. İdman təşkilatlarından öz işlərini görmələrini tələb etmək populizmdir”.

Rusiya qoşunları 2022-ci il fevralın 24-də Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub.

Hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Digər Xəbərlər
Xəbər Lenti