Almaniya qazandı, İngiltərə heç-heçə etdi, Türkiyə 6 qol buraxdı - VİDEOLAR

27 Mart 03:10 Dünya futbolu 670
Almaniya qazandı, İngiltərə heç-heçə etdi, Türkiyə 6 qol buraxdı - VİDEOLAR

Türkiyə millisi yoxlama oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, milli Avstriya ilə qarşılaşıb.

Vyanada keçirilən matçda Türkiyə 1:6 hesabı ilə uduzub.

Qeyd edək ki, Türkiyə iyunun 4-ü İtaliya, iyunun 10-da isə Polşa ilə yoxlama oyunlarında üz-üzə gələcək.

Avstriya - Türkiyə 6:1
Qollar:
Şlager, 2 (1:0), Çalhanoğlu, 25-pen.(1:1), Qreqoritş, 44 (2:1), 49 (3:1), 59-pen. (4:1), Baumqartner, 78-pen. (5:1), Entrup, 90+5 (6:1)

Almaniya Niderlanddan üstün olub. Narıncıların bir qoluna almanlar iki qolla cavab veriblər - 2:1.

İngiltərə isə Belçika ilə sülh bağlayıb. Tərəflər hərəyə iki dəfə fərqləniblər - 2:2.

Həmçinin, Sloveniya Portuqaliyaya qalib gəlib. Prineylilər qapılarında iki cavabsız top görüblər - 2:0.

Fransa isə Çilini məğlub edib - 3:2. Fransızların ulduzu Mbappe görüşdə yalnız bir məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!