Qarşılaşdığı ən yaxşı müdafiəçinin adını açıqladı - “Real”ın hücumçusu

26 Mart 12:00 Dünya futbolu 863
Qarşılaşdığı ən yaxşı müdafiəçinin adını açıqladı - “Real”ın hücumçusu

“Real”ın hücumçusu Vinisius Junior “Mançester Siti”nin müdafiəçisi Kayl Uolkerin çıxışını yüksək qiymətləndirib.

Sportinfo.az xəbər verir ki, brazilyalı forvard Uolkerin indiyə qədər qarşılaşdığı ən yaxşı müdafiəçi olduğunu bildirib:

“Biz həmişə Kayl Uolker kimi ən yaxşı oyunçulara qarşı oynamaq istəyirik. O, indiyə qədər qarşılaşdığım ən yaxşı müdafiəçidir. Bizim həmişə çox yaxşı matçlarımız olur”.

33 yaşlı Uolker bu mövsüm 37 oyuna çıxıb və 3 məhsuldar ötürmə edib.

“Real” Çempionlar Liqasının 1/4 finalında “Mançester Siti” ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!