
UEFA “Lex”in və Polşa milli komandasının müdafiəçisi Bartoş Salamonu səkkiz aylığına diskvalifikasiya edib.
Sportinfo.az xəbər verir ki, 32 yaşlı futbolçu antidopinq qaydalarını pozub.
“Poznanın “Lex”i UEFA-dan Bartoş Salamonu 8 ay müddətinə diskvalifikasiya etmək qərarı alıb. Cərimə 2023-cü il aprelin 13-dən uzadılan diskvalifikasiyanı da əhatə edib.
Bu o deməkdir ki, oyunçu 13 dekabr 2023-cü il tarixində keçiriləcək oyunlara qayıda biləcək” – klubun bəyanatında bildirilib.
Salamon “Lex”in yetirməsidir, lakin o, əsas komandada debütünü yalnız 2021-ci ildə edib. 2007-2019-cu illərdə müdafiəçi İtaliyada çıxış edib.
O, “Breşiya”, “Milan”, “Sampdoriya”, “Kalyari” və SPAL kimi klubların formasını geyinib. Salamon ötən mövsüm Polşa Ekstraklasasında 12 oyun keçirib.