"Qarabağ"ın önünə əla əhval-ruhiyyədə çıxacaqlar

2 Oktyabr 2023 01:50 Dünya futbolu 543
"Qarabağ"ın önünə əla əhval-ruhiyyədə çıxacaqlar

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Hekken" İsveç çempionatının 26-cı turunda qələbə qazanıb.

Sportinfo.az xəbər verir ki, Ağdam klubunun rəqibi öz meydanında AİK-i 2:0 hesabı ilə məğlubiyyətə uğradıb.

"Hekken" hazırda 50 xalla üçüncüdür.

Qeyd edək ki, "Hekken” – “Qarabağ” oyunu oktyabrın 5-də Göteborqdakı "Ullevi" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

"Hekken" - AİK - 2:0

Qollar: Edvard Çilufya, 63, 77

Digər Xəbərlər
Xəbər Lenti