Klub rəhbərliyi istədi, futbolçular qəbul etmədi - VERGİ QALMAQALI!

17 Fevral 14:00 Sumqayıt 1 851
Klub rəhbərliyi istədi, futbolçular qəbul etmədi - VERGİ QALMAQALI!

Məlum olduğu kimi, 2024-cü ilin ilk ayından etibarən Azərbaycanda Vergi Məcəlləsinə dəyişiklik edilib.

Buna əsasən, xidməti müqavilə ilə çalışanlar 5 yox, 20 faiz vergi ödəməlidir.

Bu yenilik Premyer Liqanın əksər klubları kimi, «Sumqayıt»ın da maddi yükünü artırıb. «Kimyaçılar» yanvardan başlayaraq çətin vəziyyətlə üzləşib.

Bu isə rəhbərliklə futbolçuları qarşı-qarşıya gətirib. Belə ki, idarəçilər komanda üzvlərinə 20 faizlik artımın onların əməkhaqlarından tutulacağını bildirib. Onlar bununla razılaşmayıblar.

Diqqətə çatdırıblar ki, müqavilədə belə bir bənd yoxdur, klub digər maliyyə qaynaqları hesabına problemi həll etməlidir.

Samir Abasovun mövqeyi? Baş məşqçi hələlik bu məsələlərə qarışmır.

SPORTİNFO.AZ

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!