"Bu gün onu görmədim, amma demək olar həmişə mənimlə danışır"

12 Mart 18:20 Çempionlar Liqası 499
"Bu gün onu görmədim, amma demək olar həmişə mənimlə danışır"

“Barselona”nın baş məşqçisi Xavi Çempionlar Liqasının 1/8 finalında “Napoli” ilə oyun öncəsi açıqlama verib.

Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis mətbuat konfransında “Napoli” ilə matçla bağlı klub prezidenti Xuan Laporta ilə danışmadığını bildirib:

“Napoli” ilə oyunu Laporta ilə müzakirə etmişəmmi? Bu gün onu görmədim, amma demək olar ki, həmişə matçlardan əvvəl mənimlə danışır.

Biz 1/4 finala çıxmaq üçün mübarizə aparmağa hazırıq”.

Çempionlar Liqasının 1/4 finalına yüksəlmək “Barselona”ya qazanc gətirə bilər ki, bu da kataloniyalılara maliyyə problemlərində kömək edəcək.

Cavab oyunu bu gün keçiriləcək. İtaliyada keçirilən ilk oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"