"Gözəl və soyuqqanlı uşaqlarıq, bizimlə normal danışa bilərsiz"

7 Mart 21:40 Çempionlar Liqası 237
"Gözəl və soyuqqanlı uşaqlarıq, bizimlə normal danışa bilərsiz"

“Leyptsiq”in müdafiəçisi David Raum Çempionlar Liqasının 1/8 final mərhələsinin “Real”la cavab oyununun (1:1) hakimliyindən danışıb.

Sportinfo.az xəbər verir ki, o, italiyalı hakim Davide Massanın “Real”ın oyunçularına daha nəzakətlə davrandığını bildirib:

“Mən idarəçiliyi qəribə adlandırmazdım. O, şübhəsiz ki, yaxşı hakimdir, amma biz də gözəl və soyuqqanlı uşaqlarıq.

Bizimlə normal danışa bilərsiz. Məncə, o, “Real”ın futbolçularına daha nəzakətlə müraciət edirdi.

Çempionlar Liqası kimi turnirdə hakimliyə münasibət bildirməyim ayıbdır. O, şübhəsiz ki, yüksək səviyyəli hakimdir, lakin bəzi səhv qərarlar verdi.

Vinisiusa sakitcə Orbanı boğazından tutmağa icazə verəndə nə baş verdiyini bilmək istəmirəm”.

Oyunu italiyalı Davide Massanın başçılıq etdiyi hakimlər briqadası idarə edib.

İlk görüş “Real”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da, “kral klubu” turnirin 1/4 finalına yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"