Daha 2 azərbaycanlı futbolçu uzaq ölkədə legioner oldu - FOTO

4 Fevral 2020 18:51 Azərbaycan Futbolu 1 531
Daha 2 azərbaycanlı futbolçu uzaq ölkədə legioner oldu - FOTO

Məmməd Quliyevdən sonra daha iki azərbaycanlı futbolçu karyerasını Tailandda davam etdirəcək. Sportinfo.az xəbər verir ki, Anar Babayev və Kamil Hüseynov aşağı liqada mübarizə aparan “Muanqnont Bankunmae” klubuna transfer olunub.

Hər iki futbolçuyla bir illik sözləşmə imzalanıb. Azərbaycanda “Səbail”in forması geyinən Babayev daha əvvəl də Tailand klubunda çıxış edib. O, “Sinqburi Banqrajun”un şərəfini qoruyub. Hüseynov isə əvvəl AZAL-da çıxış edib.

Bir müddət əvvəl Məmməd Quliyev Tailandın “Kamhenqphet” klubuna keçmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"