"AFFA-nın İcraiyyə Komitəsində qalstuklu məmurlar olmamalıdır" - VİDEO

12 Mart 20:20 Azərbaycan Futbolu 1 248
"AFFA-nın İcraiyyə Komitəsində qalstuklu məmurlar olmamalıdır" - VİDEO

«AFFA-nın İcraiyyə Komitəsində məmurlar yox, futbol adamları təmsil olunmalıdır».

Bu fikirlər futbol eksperti Emin Abbasova məxsusdur.

O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində AFFA rəhbərliyində gözlənilən islahatlarla bağlı düşüncələrini bölüşüb.

Tanınmış teleşərhçi bildirib ki, federasiyanın ali orqanında kənar sahələrin məsunbuları yer almamalıdır.

Son illərin acı mənzərəsindən çıxış edən ekspert söyləyib ki, dövlət qurumlarının təmsilçiləri futbol kimi spesifik xüsusiyyətlərə malik idman növünün inkişafında rol oynaya bilməz.

Abbasov qeyd eləyib ki, Yaşar Seyidov, Asif Əsgərov, Tahir Süleymanov, Vaqif Heydərli və başqa kadrlar İcraiyyə Komitəsində təmsilçiliyə layiqdir.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"