28 il əvvəl əsir düşmüş hərbçinin tapılması barədə məlumatla bağlı...

18 Oktyabr 2020 16:50 Araşdırma 1 641
28 il əvvəl əsir düşmüş hərbçinin tapılması barədə məlumatla bağlı...

Sosial şəbəkələrdə Azərbaycan Ordusu tərəfindən Füzuli şəhərinin işğaldan azad edilməsi zamanı 1992-ci ildə əsir götürülmüş Azərbaycan hərbçisinin şəhər binalarından birinin zirzəmisində zəncirlə bağlanmış vəziyyətdə tapılması barədə yayılmış məlumatlar həqiqətə uyğun deyil.

Sportinfo.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildiirilib.

Dövlət Komissiyası vətəndaşlardan bu cür həssas məsələlərlə bağlı diqqətli olmağı, yalnız aidiyyəti dövlət qurumlarının rəsmi məlumatlarına istinad olunmasını və dəqiqləşdirilməmiş informasiyanı yaymamağı xahiş edir.

Digər Xəbərlər
Xəbər Lenti