Azərbaycan millisi İtaliyada keçiriləcək Qran-Pri turnirində

6 İyun 2019 19:12 Taekvondo 645
Azərbaycan millisi İtaliyada keçiriləcək Qran-Pri turnirində

Taekvondo üzrə Azərbaycan millisi İtaliyada keçiriləcək Qran-Pri turnirinə yollanıb.

Sportinfo.az xəbər verir ki, sabah Romada start veriləcək yarışda komandamız 3 idmançı ilə təmsil olunacaq.

İyunun 9-dək baş tutacaq Qran-Pri turniri davamlı olaraq Yaponiya, Bolqarıstan və Rusiyada təşkil ediləcək.

G4 dərəcəli beynəlxalq yarışlarında baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun sərəncamında olan idmançılardan 58 kq çəki dərəcəsində Qaşım Maqomedov, Ramin Əzizov (-87 kq) və Fəridə Əzizova (67 kq) mübarizəyə qatılacaq.

Turnirin qalibi reytinq xallarını 40 xal artırmış olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!