UEFA "Qarabağ"a xəbərdarlıq etdi - Əsgər salamına görə

22 Oktyabr 2020 23:50 Qarabağ 699
UEFA "Qarabağ"a xəbərdarlıq etdi - Əsgər salamına görə

UEFA İntizam Komitəsi “Qarabağ”a rəsmi xəbərdarlıq edib.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.

Avropa Liqasının pley-off mərhələsində “Legiya” ilə Polşada keçirilən oyundan (3:0) sonra futbolçular və məşqçilər heyətinin üzvləri hərbi salam verdiyi üçün İntizam Komitəsi bu qərarı verib.

"Qarabağ”lıların hərbi salamı siyasi jest kimi qiymətləndirilib. Buna görə də Ağdam klubunun 13 futbolçusu və məşqçilər heyətinin üzvləri də daxil olmaqla klubun 14 nümayəndəsi xəbərdarlıq alıb.

Oktyabrın 1-də Avropa Liqasının pley-off mərhələsində “Legiya”nı məğlub edərək qrupa adlayan “Qarabağ”ın heyəti qarşılaşmadan sonra qələbəni hərbi salamla qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?