COP29

Kintananın Çinə gedişi niyə yubanır? - "Bakıya qayıdacam"

25 Yanvar 2020 16:38 Qarabağ 1 054
Kintananın Çinə gedişi niyə yubanır? -

"Qarabağ"dan ayrılıb, Çin klubuna gedəcəyi gözlənilən Dani Kintananın məsələsi açıq olaraq qalır.

Bu barədə Sportinfo.az-a açıqlamasında ispaniyalı yarımmüdafiəçi özü məlumat verib. Hazırda komanda ilə birlikdə Antalyada olduğunu bildirən 32 yaşlı futbolçu Bakıya qayıdacağını söyləyib:

"Dediyim kimi, mən "Qarabağ"ın futbolçusuyam. Təbii ki, komanda ilə birlikdə Bakıya qayıdacam.

Çin klubu ilə danışıqların uzanmasına gəlincə, bu barədə heç bir fikrim yoxdur. Əgər onlar nəsə istəyirlərsə, ilk növbədə "Qarabağ"la danışmalıdırlar. Mən isə hazırda bütün diqqətimi yaxşı məşq edib, daha hazırlıqlı olmağa yönəltmişəm".

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 Bunu bizimlə BACAR!