Premyer Liqanın cədvəli bu nəticələrlə alt-üst oldu

27 Mart 17:00 Premyerliqa 1 397
Premyer Liqanın cədvəli bu nəticələrlə alt-üst oldu

Premyer Liqanın üçüncü dövrəsinin kifayət qədər maraqlı alındığını deyə bilərik.

“Sabah”ın əvvəlki vaxtlarını xatırladaraq 6 pilləlik sıçrayış əldə etməsi, “Turan Tovuz”ın avrokubok həvəskarlarının mübarizəsinə qoşulması, “Neftçi”nin qeyri-sabit təsir bağışlaması, “Araz-Naxçıvan”ın enişi, “Kəpəz”in elitada qalmaq hədəfinin öhdəsindən böyük ölçüdə gəlməsi 9 futbol həftəsinə, başqa cür desək, 45 oyuna sığışdı.

Komandalar qış fasiləsinə yollananda, yəni, ikinci dövrənin yekununda turnir cədvəlindəki vəziyyətlə indiki durum bir-birindən kəskin fərqlənir. Bu isə komandaların qazandıqları nəticələrdəki fərqliliklə bağlıdır.

Elə isə, Premyer Liqanın üçüncü dövrəsində keçirilmiş 9 turun nəticələrinə əsasən turnir cədvəlini təqdim edirik.

Qarabağ 9 8 1 0 25

Sabah 9 5 3 1 18

Kəpəz 9 4 1 4 13

Turan Tovuz 9 3 4 2 13

Neftçi 9 3 3 3 12

Sumqayıt 9 3 3 3 12

Səbail 9 3 2 4 11

Zirə 9 2 4 3 10

Araz-Naxçıvan 9 1 3 5 6

Qəbələ 9 0 2 7 2

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"