Nazarov İspaniyaya gedir

5 Yanvar 2020 13:08 Milli komanda 1 191
Nazarov İspaniyaya gedir

İkinci Bundesliqada cari mövsüm iddialı mübarizə aparan "Erzgebirge" qış hazırlıq dönəminin növbəti hissəsini İspaniyada keçirəcək.

Sportinfo.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu Aue təmsilçisi təlim-məşq toplanışına Almaniyada start verəcək.

Evdəki hazılıqdan sonra Pireney yarımadasına yollanacaq kollektiv İspaniyada 2 yoxlama oyunu keçirməyi planlaşdırıb.

Cari mövsüm 7 qol, 1 məhsuldar ötürmə ilə yadda qalan Nazarovun komandası aktivindəki 29 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb və lider "Arminiya"dan 5 xal geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti