Prosineçkinin Azərbaycana qayıtmamasının ŞOK SƏBƏBİ!

3 Yanvar 2020 21:16 Milli komanda 3 128
Prosineçkinin Azərbaycana qayıtmamasının ŞOK SƏBƏBİ!

Robert Prosineçki bugünlərdə özünə yeni iş yeri tapdı. Xorvatiyalı baş məşqçi vaxtilə çalışdırıdığı “Kayserispor”a döndü. Bosniya və Herseqovina millisindən ayrılandan sonra Azərbaycana dönməsi an məsələsi olan mütəxəssisin qəfildən Türkiyə təmsliçisi ilə anlaşması təəccüb doğurmaya bilməz.

Super Liqada sonuncu yerdə gedən, maliyyə durumu pisləşən və aparıcı futbolçularını bir-bir itərən “Kayserispor”un təklifinə razılıq verməsi, təbii, birmənalı qarşılana bilməzdi.

Bildiyiniz kimi, AFFA rəhbərliyi AÇ-2020-nin seçmə mərhələ oyunları başa çatan kimi dərhal xorvatla əlaqə qurmuş, ilkin danışıqları İstanbulda aparmış, sonra davamlı olaraq bir neçə ikitərəfli görüş baş tutmuşdu. Danışıqların Elxan Məmmədovun əsas kadrlarından - menecer-prezident Riad Rəfiyevin apardığı da məlumdur. 50 yaşlı mütəxəssis AFFA-ya öz şərtlərini diqtə etmiş, Azərbaycana dönüşünə razılıq da vermişdi.

Sportinfo.az anlaşmanın rəsmiləşməsinin son anda alınmamasının çox maraqlı, ilginc səbəbini öyrənib. Əldə etdiyimiz məlumata görə, Prosineçkinin AFFA prezidenti Rövnəq Abdullayevin Bakıya dəvət təklifini son anda geri çevirməsi və ikinci dönəm millimizdə çalışmaqdan imtina etməsi sırf Rəşad Sadıqovun adı ilə bağlıdır. Məsələ burasındadır ki, balkanlı çalışdırıcı Elxan Məmmədova son şərtini söyləyib, konkret olaraq “Qarabağ”ın müdafiəçisini yığmada oynayan məşqçi kimi görmək istədiyini bildirib. Razılaşmanın baş tutmamasının yekun və konkret səbəbi baş katibin bu şərtə “yox” cavabını verməsi olub. Təklifinə rədd cavabı alan Prosineçki dərhal AFFA ilə danışıqlara nöqtə qoyub və "Kayserispor"la müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"