Xorvatiyalı məşqçi Azərbaycanla vidalaşdı

3 Yanvar 2020 14:47 Milli komanda 852
Xorvatiyalı məşqçi Azərbaycanla vidalaşdı

Ötən ay milli komandamızdan istefaya göndərilən Nikola Yurçeviç Azərbaycanla vidalaşıb. Sportinfo.az xəbər verir ki, bununla bağlı şəxsi "facebook" səhifəsində paylaşım edən xorvatiyalı mütəxəssis hamıya təşəkkürünü bildirib:

"Avropa çempionatının son seçmə mərhələsində Azərbaycan millisinə başçılıq etmək mənim üçün böyük təcrübə oldu. Bunun hər bir anından zövq aldım. Hər kəsə - oyunçulara, köməkçilərimə, azarkeşlərə və AFFA-ya təşəkkür etmək istəyirəm. İndi isə qarşıdakı yeni çağırışlara baxmaq vaxtıdır".

Qeyd edək ki, millimizin Yurçeviçin başçılığı altında seçmə mərhələni 1 xalla başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti