AFFA ilə dil tapmayan: "Digər təkliflərdən danışmağın mənası yoxdur"

2 Yanvar 2020 01:00 Milli komanda 1 961
AFFA ilə dil tapmayan: "Digər təkliflərdən danışmağın mənası yoxdur"

"Kayserispor"un baş məşqçisi olmağı qəbul edən Robert Prosineçki açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 50 yaşlı çalışdırıcı komandanı Super Liqada saxlamağa çalışacağını deyib:

"Vəziyyət ideal deyil, sonuncuyuq. Bura "Kayserispor"u liqada saxlamaq üçün gəldim. Yaya qədər işləmək təklifini qəbul etdik. Daha sonra nələr olacağını görəcəyik. Bu, özümüzü vəziyyətdən necə qurtaracağımıza bağlıdır".

Azərbaycan millisinə qayıdacağı ehtimal edilən mütəxəssis Kayseri klubundakı planlarından danışıb: "Digər təkliflərdən danışmağın indi mənası yoxdur. Çünki "Kayserispor"u seçmişəm.

Bundan sonra komandanın Super Liqada saxlamağı düşünəcəyik. Komanda daha əvvəl çalışdırdığım heyətlə müqayisədə liderlik səviyyəsindən uzaqdır.

İndi heyət daha zəifdir, amma dəyişiklik edilməsi üçün danışımışıq. Dərhal hərkətə keçməli, bizi gücləndirəcək və çempionatda saxlayacaq oyunçuları almağa çalışmalıyıq".

Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb. Onun son iş yeri Bosniya və Herseqovina yığması olub.

Prosineçki 2012-2013-cü illərdə də "Kayserispor"un baş məşqçisi olub. Təcrübəli çalışdırıcının Nikola Yurçeviçin gedişindən sonra Azərbaycan yığmasına qayıdacağı gözlənilirdi.

Digər Xəbərlər
Xəbər Lenti