Millimizin qapıçısı erməni ilə işləyəcəkmi?

1 Yanvar 2020 20:30 Milli komanda 1 037
Millimizin qapıçısı erməni ilə işləyəcəkmi?

Yaxınlarda “Tobol”a yeni baş məşqçi təyin olunub. Nə qədər təəccüblü olsa da, komandanın baş məşqçisi Qazaxıstanda doğulmuş erməni Qriqori Babayandır.

Sportinfo.az xəbər verir ki, hazırda Azərbaycan millisinin qapıçısı olan Emil Balayev də məhz bu komandanın əsas qapıçısıdır. Amma yeni baş məşqçi komandaya başqa qapıçı – İqor Şatskini dəvət edib.

Qazaxıstanın Prosports.kz nəşri yazır ki, Azərbaycan mediası və futbol ictimaiyyəti erməni baş məşqçiyə görə Emil Balayevə təzyiqlər edərək onun komandadan çıxmasını istəyirlər. Nəşr buna misal kimi futbol mütəxəssisi Ağasəlim Mircavadovun açıqlamasını göstərir.

Mircavadov açıqlamasında “birdən bu məşqçi sırf erməni kimi həkət etsə? Erməni məşqçi siyasətə qarışarsa, onda Balayev heyətdən çıxa bilər”, - deyə bildirib.

Oxşar açıqlamanı Azərbaycan yığmasının qapıçı məşqçisi Dmitri Kramarenko da verib: “Mən Emilə dərhal baş məşqçi ilə görüşməyi və gələcəyini müzakirə etməyi məsləhət görərdim.

Əgər yeni məşqçi məsələyə peşəkarcasına yanaşırsa, heç bir problem yaranmamalıdır. Futboldan kənar yanaşma olarsa, digər nüanslar ortaya çıxacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"