Rövnəq Abdullayev üz döndərdi, Türkiyəyə "qaçdı"

30 Dekabr 2019 00:14 Milli komanda 6 776
Rövnəq Abdullayev üz döndərdi, Türkiyəyə "qaçdı"

“Kayserispor”un yeni baş məşqçisi müəyyənləşib. Super Liqa təmsilçisi Robert Prosineçkiyə tapşırılıb. Bu barədə klubun prezidenti Berna Gözbaşı məlumat verib.

O, sosial şəbəkə hesabında bunları qeyd edib: “Robert Prosineçki ilə anlaşdıq. Yarıda qalmış hekayəni tamamlamağa gəlir. Camiəmizə xeyirli olsun.

Super Liqada qalmaq bizim üçün çox önəmlidi. Anlaşmamızın müddəti mövsümün sonuna qədərdi. Elitada qalsaq, yenidən masaya oturacağıq”.

Prosineçkinin son iş yeri 2018-ci ildən çalışdırdığı Bosniya və Herseqovina olub. 2014-2017-ci illər aralığında Azərbaycan yığmasını çalışdıran 50 yaşlı mütəxəssis 2012/13 mövsümündə isə məhz “Kayserispor”a baş məşqçilik edib.

Xorvatiyalı mütəxəssis son anadək Anadolu klubunu gözlədib. Fikri yenidən Bakıya dönmək idi. «Sumqayıt»ın prezidenti Riad Rəfiyevin vasitəçiliyi sayəsində AFFA ilə bir neçə dəfə görüşmüş, 3 illik müqavilə şərtlərini razılaşdırmışdı.

Demək olar bütün məsələlərdə ortaq məxrəcə gəlmişdilər. Prosineçkinin bütün şərtlərini federasiyaya diktə etdiyi görünürdü, ancaq…

AFFA prezidenti Rövnəq Abdullayevin "təcili bura gəl, görüşək" təklifinə etinasız yanaşması Azərbaycana yolunu bağladı.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi