"Dinamo" rəsmisi Ramil Şeydayevlə bağlı Sportinfo.az-a danışdı!

29 Dekabr 2019 15:30 Milli komanda 1 606
"Dinamo" rəsmisi Ramil Şeydayevlə bağlı Sportinfo.az-a danışdı!

"Dinamo" klubu Ramil Şeydayevin qış fasiləsində komandadan ayrılacağı ilə bağlı xəbərlərə münasibət bildirib.

Moskva təmsilçisinin mətbuat xidmətinin rəhbəri İqor Yerşov Sportinfo.az-a açıəqlamasında bu cür transfer söz-söhbətlərinin yayılmasının normal olduğunu söyləyib:

"Xəbərləri biz də mətbuatdan oxumuşuq. Ramil "Dinamo"nun futbolçusudur. Biz heç vaxt şayiələrə fikir vermir, onları şərh etmirik. Əgər xəbəri klub özü açıqlamayıbsa, deməli, rəsmi deyil, söz-söhbətdir. "Dinamo"nun başlıca siyasəti budur. Heç vaxt hansısa transfer dedi-qodusuna "hə" və ya "yox" cavabı vermirik".

Qeyd edək ki, Şeydayevin qış fasiləsində "Dinamo"nu "Krılya Sovetov"a dəyişəcəyi iddia olunur.

Digər Xəbərlər
Xəbər Lenti