Millimizin hücumçusu transfer xəbərini yalanladı

29 Dekabr 2019 09:14 Milli komanda 931
Millimizin hücumçusu transfer xəbərini yalanladı

Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov karyerasını Vyetnamın "Nam Din” klubunda davam etdirməyəcək.

Sportinfo.az xəbər verir ki, bunu apasport.az-a hücumçunun özü açıqlayıb.

Almaniyada - "Proyssen”də çıxış edən forvard Asiya təmsilçisinə keçidi ilə bağlı yayılan şayiələrə münasibət bildirib. R.Dadaşov belə məlumatların əsassız və həqiqətdən uzaq olduğunu qeyd edib: "Xeyr, Vyetnam klubuna keçməmişəm. Bunu kim yazıb, bilmirəm".

28 yaşlı hücumçunun "Proyssen Münster"lə müqaviləsi mövsüm sonunda başa çatacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti