"Əvvəlki baş məşqçi heç vaxt Nazarova güvənmirdi"

28 Dekabr 2019 15:30 Milli komanda 1 310
"Əvvəlki baş məşqçi heç vaxt Nazarova güvənmirdi"

Almaniya mətbuatı II Bundesliqada mübarizə aparan "Erzgebirge" klubunun mövsümün ilk yarısındakı çıxışını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, almaniyalı həmkarlarımız milli komandamızın yarımmüdafiəçisi Dmitri Nazarovun da oyununa qiymət verib:

"Xoşbəxtlikdən Dmitri Nazarov ötən mövsüm komandadan ayrılmadı. Bu, tək onun özü yox, həm də komandası üçün yaxşı oldu. Əvvəlki baş məşqçi Daniel Meyer heç vaxt "10" nömrəyə güvənmirdi. "Dima" ötən mövsüm cəmi 693 dəqiqə oynamış, 4 qol vurmuşdu. Dirk Şusterin başçılığı altında isə o, 1426 dəqiqə meydanda olub. Aktivində 7 qol və bir məhsuldar ötürmə var. Nazarovunun çıxışını 2,7 balla qiymətləndirmək olar".

Qeyd edək ki, Nazarovun formasını geyindiyi Aue təmsilçisi qış fasiləsinə 29 xalla 5-ci pillədə yollanıb. Komandanı liderdən 5, 2-3-cü yerlərin sahibindən isə cəmi 2 xal ayırır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti