"Sumqayıt"ın yarımmüdafiəçisi Səbuhi Abdullazadə karyerasını Türkiyədə davam etdirə bilər.
Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, "Trabzonspor" U-19 millimizin də formasını geyinən futbolçu ilə yaxından maraqlanır. Son illər aşağı yaş qruplarına diqqəti artıran Qara dəniz təmsilçisinin 18 yaşlı oyunçunu uzun müddətdir izlədiyi və heyətinə qatmaq istədiyi iddia olunur.
Qeyd edək ki, Səbuhi "Sumqayıt"ın yetirməsidir və bu yay komandası ilə 3 illik müqavilə imzalayıb.

