Qurban Qurbanov fərqi... - YENİ VİDEO

14 İyun 2023 20:40 Maraqlı 877
Qurban Qurbanov fərqi... - YENİ VİDEO

"Qarabağ"ın məşqində maraqlı anlar yaşanıb.

Belə ki, yeni sezona hazırlıq üçün yenicə bir araya gələn kollektivi komandanın sadiq azarkeşi Əli ziyarət edib.

O, futbolçularla görüşüb, fotolar çəkdirib.

Ən duyğulu anlar isə Qurban Qurbanovla yeniyetmə arasında yaşanıb.

Belə ki, anadangəlmə fiziki qüsurlu olan Əliyə imzalı formanı təcrübəli mütəxəssis özü geyindirib.

Ardınca "əlasan" - deyə işarəsi ilə onun üzünə gülüş hopdurub.

Gözəl görüntülərə səhnə olan həmin anlara aşağıdakı linkdə baxa bilərsiniz:

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti