“Ürəyimi ağrıdır, keçmişə dönsəydim, dərhal bunu düzəldərdim"

28 Aprel 2023 00:00 Maraqlı 362
“Ürəyimi ağrıdır, keçmişə dönsəydim, dərhal bunu düzəldərdim"

Sportinfo.az xəbər verir ki, İsveçrənin "Sion" klubunun hücumçusu, İtaliya millisinin sabiq forvardı Mario Balotelli Kriştiano Ronaldo və Lionel Messi ilə mübarizəsindən danışıb.

İtaliya mətbuatına açıqlama verən forvardın dediyinə görə, əvvəlki illərdə potensialından tam istifadə etsəydi, Ronaldo və Messi qədər "Qızıl top" qazana bilərmiş:

"Mino Rayola həmişə mənə deyirdi ki, Ronaldo və Messinin bu qədər "Qızıl top" qazanmasının səbəbi sadədir.

Çünki mən öz gücümün yalnız 20% ilə oynamışam. Əgər tam gücümlə oynasaydım, “Qızıl top”un biri məndə olacaqdı.

Bu, böyük bir irəliləyiş kimi görünə bilər, amma məni və bacarıqlarımı tanıyan biri bunun doğru olduğunu söyləyər.

Bu, ürəyimi ağrıdır. Keçmişə dönsəydim, dərhal bunu düzəldərdim".

Lionel Messi 7, Kriştiano Ronaldo isə 5 “Qızıl top”a sahib çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı